Həbsdə olan sabiq Venesuela prezidenti Nikolas Maduro uzun müddətdən sonra sosial şəbəkələrdə ilk paylaşımını edərək tərəfdarlarına müraciət edib.
Maduro dəstəyə görə təşəkkür edib, həyat yoldaşı Silia Floreslə birlikdə yaxşı olduqlarını bildirib. O, Venesuela vətəndaşlarından və dünyanın hər yerindən məktublar aldığını qeyd edib.
Müraciətində sülhün, milli birliyin və dialoqun vacibliyini vurğulayan Venesuela lideri, ölkənin barışıq və hörmət yolu ilə irəliləməsinin zəruri olduğunu qeyd edib.