Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya Ukraynaya qarşı müharibənin tempini azaltmır. Əksinə, qlobal sabitliyin pozulmasına səbəb olan digər münaqişələrin uzadılmasına da yatırım edir.
Zelenski Telegram kanalında bunları qeyd edib:
- Bu həftə Rusiya Silahlı Qüvvələri Ukrayna şəhərlərinə 3000-dən çox zərbə endirib.
- Həmin zərbələrin əksəriyyəti “Şahed” dronları ilə həyata keçirilib.
- Bundan əlavə, 1450-dən çox idarəolunan aviabomba və 40-dan çox raket atılıb.
Zelenski vurğulayıb ki, Ukrayna ərazisinə endirilən zərbələr, Yaxın Şərq və Fars körfəzi ölkələrinə endirilən eyni dronlarla həyata keçirilir.
O, hərbi münaqişələrin dünya bazarlarının sabitliyini pozduğunu və dəniz yollarının bloklandığını qeyd edərək, təhlükəsizliyin möhkəmləndirilməsi üçün region ölkələrini silah istehsalı sahəsində əməkdaşlığa çağırıb.