Ermənistanda “Vətəndaş müqaviləsi” partiyası daxili səsvermənin nəticələrini açıqlayıb. Nikol Paşinyan sosial media hesabında səsvermənin yekunlarına əsasən baş nazir postuna namizədliyinin irəli sürüldüyünü bildirib.
İyunun 7-də Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Ölkədə son parlament seçkiləri 2021-ci ildə baş tutmuşdu.