Nepalın sabiq Baş Naziri Xadqa Prasad Şarma Oli və keçmiş daxili işlər naziri Rameş Lehak həbs edilib.
Həbs qərarı ötən il sentyabr ayında baş verən və Z nəslinin korrupsiyaya qarşı təşkil etdiyi aksiyalarda onlarla insanın həyatını itirməsi ilə əlaqədar aparılan istintaq çərçivəsində verilib.
Bu addım, yeni Baş Nazir Balendra Şahın andiçmə mərasimindən sonra, sentyabr iğtişaşlarını araşdıran komissiyanın rəyi əsasında atılıb. Komissiya sabiq hökumət başçısını nümayişlərin ilk günündə ən azı 19 etirazçının ölümü ilə nəticələnən atışma zamanı tədbir görməməkdə ittiham edir. Ümumilikdə 76 nəfər həyatını itirib, Oli istefa verib.
Oli və Lehak hazırda Katmandu polis idarəsində saxlanılır və bazar günü məhkəmə qarşısına çıxarılacaqlar. Səhhətində problemlər olan 74 yaşlı Oli xəstəxanaya yerləşdirilib. Vəkili həbsin əsassız olduğunu bildirib.
Xatırladaq ki, Balendra Şah Nepalın yeni Baş Naziri seçilib və 14 nəfərlik Nazirlər Kabinetini formalaşdırıb.