İran Abş-ın 15 Maddəlik Təklifinə Cavab Verdi: şərtlər Bəlli Oldu

News Image

İran, vasitəçilər kanalı ilə ABŞ-ın münaqişənin nizamlanması üçün təqdim etdiyi 15 maddəlik planına rəsmi cavabını göndərib. Cavab martın 25-də təqdim olunub və hazırda Tehran Vaşinqtonun reaksiyasını gözləməkdədir.

İran tərəfi Yaxın Şərqdəki müqavimət qruplarına qarşı bütün cəbhələrdə hərbi əməliyyatların dərhal dayandırılması, münaqişənin təkrarlanmaması üçün zəmin yaradılması kimi şərtlər irəli sürüb. Bundan əlavə, İrana ödəniləcək təzminatların dəqiq məbləğinin müəyyənləşdirilməsi və təminatı da tələblər arasındadır.

Tehran cavabında bildirib ki, İranın Hörmüz boğazı üzərindəki suverenliyi onun ayrılmaz və qanuni haqqıdır və belə də qalacaq. Bu, eyni zamanda qarşı tərəfin öhdəliklərini yerinə yetirməsinin təminatıdır.

Qeyd edək ki, ABŞ-ın təklif planı İranın ballistik raket və nüvə proqramlarını, həmçinin dəniz nəqliyyatı məsələlərini əhatə edir. Təklifdə İrana qarşı tətbiq olunan sanksiyaların yüngülləşdirilməsi məsələsi də yer alır.

1