Azərbaycan Respublikası Müdafiə Nazirliyi İran İslam Respublikası ərazisindən Türkiyə Respublikası ərazisinə ballistik raket buraxılmasını qətiyyətlə pisləyib.
Nazirlikdən verilən bəyanatda qardaş Türkiyə ilə həmrəylik ifadə olunub, onun təhlükəsizliyi və ərazi bütövlüyünə sarsılmaz dəstək bir daha təsdiqlənib.