ABŞ administrasiyası NATO ölkələrinə xəbərdarlıq edib. Müdafiə xərclərini ÜDM-in 5%-nə çatdırmayan ölkələrə qarşı müdafiə öhdəliklərinə yenidən baxa bilər.
Britaniya mətbuatının məlumatına görə, Vaşinqton bu ölkələrə qarşı bir sıra tədbirlər görə bilər. Kollektiv müdafiə haqqında 5-ci maddənin tətbiqi dayandırıla, alyansın qərarlarında iştirak məhdudlaşdırıla və birgə təlimlərə buraxılmaya bilərlər.
Bundan əlavə, ABŞ qoşunlarının Almaniyadan çıxarılması da gündəmdədir.
Bu tədbirlər, müttəfiqlərin Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün hərbi gəmilər göndərməkdən imtina etməsindən sonra müzakirə olunmağa başlayıb.
Qeyd edək ki, bu təkliflər hələ NATO qərargahına rəsmi şəkildə təqdim edilməyib.