Xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarının təşəkkürünə cavab verib. Nazir bu barədə öz sosial media hesabında paylaşım edib.
Ceyhun Bayramovun sözləri:
“Səmimi sözləriniz və təşəkkürünüz bizim üçün çox dəyərlidir. Azərbaycan və İran xalqları əsl dost və qardaşdır. Bu, iki ölkə arasında olan qarşılıqlı hörmətə və tarixi bağlara əsaslanır. Biz İrana tezliklə sülh və əmin-amanlıq arzulayırıq!”
Humanitar yardım:
İran XİN başçısı Azərbaycanın humanitar yardımlarına görə təşəkkür edib. Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə İrana ikinci humanitar yardım göndərilib. İlk yardım martın 10-da göndərilmişdi. Yardımın tərkibinə qida məhsulları, dərmanlar və tibbi ləvazimatlar daxildir.