Uzun ömürlülüyün Sirri: Həyatı Uzadan 10 Super Qida

News Image

Forbes jurnalı sağlamlıq araşdırmalarına əsaslanaraq, ömrü uzadan 10 super qidanı açıqlayıb. Bu qidalar orqanizmi möhkəmləndirir, qocalmanı ləngidir və ümumi sağlamlığı yaxşılaşdırır.

Siyahıda yer alan qidalar:

Somon balığı: Omega 3 və B12 ilə zəngin olan somon, ürək-damar sağlamlığını dəstəkləyir və maddələr mübadiləsini sürətləndirir.

Alma: Antioksidantlarla zəngin alma, immuniteti gücləndirir və ürək xəstəliklərinə qarşı faydalıdır.

Brokoli: Liflə zəngin brokoli həzmi yaxşılaşdırır və bağırsaq sağlamlığını dəstəkləyir.

Nar: İltihabı azaldır və ürək sağlamlığını qoruyur.

Lobya: Xolesterolu azaltmağa kömək edir.

Fındıq: Beyin və ürək fəaliyyətini gücləndirir.

Süd: Sümük sağlamlığı üçün əvəzolunmazdır.

Qırmızı ət: Enerji verir və əzələ inkişafını dəstəkləyir.

Yumurta: Yüksək keyfiyyətli zülal

Qarağat: Yaddaşı gücləndirir və ürək xəstəlikləri riskini azaldır.

3