Erlinq Holannın Yeni Lüks Avtomobili: Dünyada Yalnız 150 ədəd!

News Image

Erlinq Holan lüks avtomobil kolleksiyasına yeni bir inci əlavə etdi.

“Mançester Siti”nin ulduz hücumçusu Erlinq Holan, nadir “Mercedes-Maybach Virgil Abloh” avtomobilinin sahibi olub. Bu avtomobil dünyada cəmi 150 ədəd istehsal olunub.

Futbolçunun kolleksiyasında onsuz da Aston Martin DBX 707 (350.000 funt sterlinq), Rolls-Royce Cullinan (300.000 funt sterlinq) və Porsche 911 GT3 kimi dəyərli avtomobillər var.

“Mercedes-Maybach Virgil Abloh” modeli məşhur dizayner Virgil Abloh ilə əməkdaşlığın nəticəsidir və təxminən 400.000 funt sterlinq dəyərindədir. Bu, Holanın lüks həyat tərzinin daha bir göstəricisidir.

0