Mütəxəssislər bildirir ki, canlı və sağlam beyin üçün səhər saatlarında müəyyən vərdişləri mütəmadi olaraq yerinə yetirmək vacibdir. Yaşından asılı olmayaraq, hər bir insanın gündəlik vərdişləri beyninin fəaliyyətinə böyük təsir göstərir. Gənc və ya yaşlı olmağınızdan asılı olmayaraq, güclü beyinə sahib olmaq üçün dərhal hərəkətə keçməlisiniz.
Sağlam zehin üçün nəzərə alınmalı 5 əsas amil:
1. Bir stəkan su için: Su, bədən və beyin funksiyaları üçün əvəzolunmazdır. Səhər tezdən su içmək, orqanizmin maye balansını tənzimləyir və beyin sağlamlığını dəstəkləyir. Kifayət qədər su qəbulu yorğunluğun qarşısını alır, diqqəti artırır və yaddaşı gücləndirir.
2. Günəş işığına çıxın: Gün ərzində işığa və qaranlığa məruz qalmaq, bədənin daxili saatına (sirkadian ritminə) təsir edir. Oyandıqdan sonra 30 dəqiqə ərzində açıq havaya çıxmaq və ya günəşli bir yerdə oturmaq, gecə daha rahat yatmağa və gün ərzində daha oyaq olmağa kömək edir. Səhər günəş şüaları həm də əhval-ruhiyyəni yaxşılaşdırır.
3. Ekran vaxtını azaldın: Telefon və kompüter ekranlarına uzun müddət baxmaq zehni sağlamlığa mənfi təsir göstərir. Mümkün qədər ekran qarşısında keçirdiyiniz vaxtı azaldın. Bunun əvəzinə, insanlarla canlı ünsiyyət qurun, dostlarınızla gəzintiyə çıxın. Bu, tənhalığı azaldır və idrak zəifləməsinin qarşısını alır.
4. Hərəkətə keçin: İdmanın beyinə çox böyük faydası var. Günə sadə fiziki hərəkətlərlə başlamaq, idrak funksiyasını yaxşılaşdırır. Fiziki aktivlik həm indiki, həm də gələcək idrak sağlamlığını qoruyur.
5. Səhər yeməyi yeyin: Qidalı maddələrlə zəngin səhər yeməyi qan şəkərini normallaşdırır və gün ərzində enerji verir. Şəkərli qidalardan və içkilərdən uzaq durmaq beyin sağlamlığı üçün vacibdir.