Diqqət! Gündəlik Vərdişlər Beyində Duman Yaratdığı Aşkarlandı

News Image

Bəzi gündəlik vərdişlərin beyində dumanlanmaya səbəb ola biləcəyi aşkar edilib. Psixoterapevt Xloya Bin bu barədə danışıb. O, koqnitiv problemlərə yol açan əsas amilləri açıqlayıb.

Xroniki yuxu çatışmazlığı və ya qeyri-sabit yuxu beynin dumanlanmasına səbəb olan əsas vərdişlərdəndir. Həkimlər yuxu çatışmazlığını diqqətin, ayıqlığın, yaddaşın və ümumi koqnitiv qabiliyyətlərin pozulması ilə əlaqələndirirlər. Sağlam yuxuya laqeyd yanaşma düşünmənin yavaşlaması, unutqanlıq və diqqəti cəmləməkdə çətinlik yaradır.

Psixoterapevtin sözlərinə görə, eyni zamanda birdən çox tapşırıq yerinə yetirmək və diqqəti daim dəyişdirmək də beyində dumanlanmaya səbəb olur. Çoxları mesajlar, e-poçtlar və sosial şəbəkələr arasında keçid etməklə daha effektiv işlədiklərini düşünürlər. Lakin diqqətin bu cür bölünməsi beynin daha çaşqın olmasına gətirib çıxarır.

Həmçinin xroniki stress və orqanizmin əsas tələbatlarını nəzərə almamaq da koqnitiv funksiyalara mənfi təsir göstərir. Hətta yüngül susuzlaşma belə diqqəti cəmləmək və məlumatı yadda saxlamaq qabiliyyətini zəiflədə bilər. Bəzən bədən su, istirahət və stresi azaltmaq kimi ehtiyacları tələb etdiyi üçün beyində dumanlanma baş verir.

1