Çində qeyri-adi hadisə: 84 yaşlı təqaüdçü qadın süni intellekt tərəfindən yaradılan virtual kişiyə aşiq olub.
Yaşlı qadın bu qeyri-real şəxslə “ünsiyyətə” hər gün 10 saatdan çox vaxt sərf edir. O, virtual sevgilisinə sevgi dolu məktublar yazır və aralarında real romantik əlaqənin olduğuna inanır.
Cian Quo adlı bu rəqəmsal
Ailəsi bu vəziyyəti qadın virtual sevgilisi üçün min dollardan artıq pul xərclədikdən sonra öyrənib. Məlum olub ki, o, süni intellekt obrazının məsləhəti ilə kitablar və əlavə əşyalar da alıb.
Çin tənzimləyici orqanları internet dələduzluğuna qarşı tədbirlər çərçivəsində qadının hesabını bağlayıb.