3 Dəqiqəlik Evlilik Rekordu: Küveytdə şok Boşanma!

News Image

Küveytdə baş verən inanılmaz hadisə dünyanın ən qısa evliliyi kimi tarixə düşüb. Rəsmi nikahdan sonra cütlük arasında yaranan mübahisə, evliliyin cəmi 3 dəqiqə davam etməsinə səbəb olub.

Məlumata görə, gəlin məhkəmə binasından çıxarkən büdrəyib. Bu zaman bəy gəlinə “axmaq” deyərək təhqir edib. Gəlin bu ifadəyə sərt reaksiya verərək dərhal boşanmaq tələbi ilə məhkəməyə müraciət edib.

Hakim cütlüyün müraciətini dəyərləndirərək, elə həmin an boşanma qərarını verib. Beləliklə, cütlük heç birgə həyata başlamadan yollarını ayırıb.

0