Darçınlı suyun inanılmaz faydaları
Su həyatdır! Hər gün kifayət qədər su içmək sağlamlığımız üçün çox önəmlidir. Bəs suya darçın əlavə etməklə bu faydaları daha da artıra biləcəyinizi bilirdinizmi?
Arıqlamağa kömək edir: Darçın maddələr mübadiləsini sürətləndirir, yağların yandırılmasını asanlaşdırır və iştahı azaldır. Sağlam qidalanma və idmanla birlikdə darçınlı su arıqlamağınıza dəstək ola bilər.
Həzmi yaxşılaşdırır: Darçın həzm fermentlərinin istehsalını artırır, yağlı qidaların həzmini asanlaşdırır. Yeməkdən əvvəl içilən darçınlı su şişkinlik, qaz və mədə yanması kimi problemləri azaldır.
Yuxunu yaxşılaşdırır: Yatmazdan əvvəl darçınlı su içmək əzələləri rahatladır və yuxu keyfiyyətini artırır.
Darçınlı suyun hazırlanması
1 litr suya 6 ədəd darçın çubuğu əlavə edin və bir müddət dəmlənməsini gözləyin. İstəyə görə mixək və ya limon da əlavə edə bilərsiniz. Gündə 3 dəfə içmək tövsiyə olunur.
Darçınlı su ilə həm sağlamlığınızı qoruyun, həm də artıq çəkilərdən xilas olun!