122 İl Yaşayan Fransız Qadının Uzunömürlülük Sirri Açıqlandı!

News Image

Jan Kalman adlı fransız qadın 122 il yaşayaraq dünyanın ən yaşlı insanı olaraq tarixə düşüb. Onun uzunömürlülük sirri illər sonra yenidən gündəmə gəlib. Məlum olub ki, Kalman uzun illər sağlam həyat tərzi keçirib. 85 yaşına qədər qılıncoynatma ilə məşğul olub, 100 yaşına qədər velosiped sürüb. Onun uzun ömrünün sirri yalnız genetikası ilə əlaqəli deyil.

Zeytun yağı və şokolad onun uzunömürlülüyünün əsasını təşkil edib. Kalman hər gün yeməklərində zeytun yağından istifadə edib və dərisinə də zeytun yağı çəkib. Mütəxəssislər zeytun yağının tərkibindəki antioksidantların xroniki xəstəliklərin riskini azaltdığını vurğulayırlar. Aparılan araşdırmalar gündə bir-iki xörək qaşığı zeytun yağının ürək-damar sağlamlığı üçün faydalı olduğunu göstərir.

Kalmanın digər maraqlı vərdişi şokolad yeməyi olub. O, hər həftə təxminən iki kiloqram şokolad yeyib və hər yeməkdən sonra şirniyyat qəbul edib. Elmi tədqiqatlar göstərir ki, keyfiyyətli şokolad zeytun yağı ilə birlikdə beyin funksiyalarını yaxşılaşdırır və immuniteti gücləndirir. Jan Kalman sağlam qidalanma və aktiv həyat tərzi ilə uzun və sağlam ömür yaşamağın mümkün olduğunu sübut edib.

1