Mardin şəhərinin Midyat rayonunda yerləşən məsciddə baş verən hadisə şok effekti yaradıb. Rayonun Bağlar məhəlləsindəki Hacı Süleyman Demirdağ məscidində qadınlar üçün nəzərdə tutulan tualetdə hərəkətsiz vəziyyətdə bir kişi tapılıb.
Vətəndaşlar dərhal təcili yardım və polisə məlumat veriblər.
Təcili tibbi yardım işçiləri hadisə yerində 65 yaşlı Emin Ö.-nün artıq həyatını itirdiyini təsdiqləyiblər. Meyit müayinə üçün Midyat Dövlət Xəstəxanasının morquna göndərilib.
Faktla bağlı ətraflı araşdırma başladılıb. Hadisənin təfərrüatları ilə bağlı yeni məlumatlar gözlənilir.