ABŞ-ın Kaliforniya ştatında marketdə qadına qarşı edilən əxlaqsız hərəkət kameralara düşüb.
Cənubi Kaliforniyada yerləşən Whole Foods mağazalarından birində baş verən hadisədə, təxminən 30 yaşlarında bir şəxs qadına qarşı nalayiq hərəkətlər edib, hətta fiziki təmas qurub. Şübhəlinin əlində mobil telefon da görünüb.
Santa Clarita Valley Sheriff’s Station şübhəlinin şəxsiyyətini müəyyən etmək üçün ictimaiyyətə müraciət edib. Polis görüntüləri araşdırır və onu tanıyanlardan məlumat vermələrini xahiş edir.
Faktla bağlı araşdırmalar davam edir. Rəsmilər bu cür hadisələrin ciddi nəzarətdə saxlanıldığını bildirir.