Binəqədidə Mtk Və Sakinlər Arasında Qalmaqal: Torpaq Davası Davam Edir!

News Image
thumb
thumb

Binəqədi rayonunda tikinti şirkəti ilə sakinlər arasında mübahisə davam edir. Rəsulzadə qəsəbəsinin sakinləri Baku TV-nin qaynar xəttinə müraciət edərək ərazidə bina inşa edən şirkətin onların hasarını uçurduğunu və nəticədə qəzalı vəziyyət yarandığını bildiriblər.

Şikayətçi Şahin Hüseynovun sözlərinə görə, tikinti şirkəti qanunsuz fəaliyyət göstərir və sakinlərə məxsus mülkiyyətə ziyan vurur. O, ərazidə 5-6 binanın tikilməsinin planlaşdırıldığını, tikinti səbəbindən hasarlarının uçduğunu və təhlükəli vəziyyətin yarandığını qeyd edib. Şahin Hüseynov məhkəmənin hasarın bərpası ilə bağlı qərarı olmasına baxmayaraq, şirkətin nə hasarı bərpa etdiyini, nə də məhkəmə qərarına əhəmiyyət vermədiyini bildirib.

“Xəmsə Palace 2021” MTK-nın sədr köməkçisi Miribrahim Məmmədov isə iddiaların əsassız olduğunu deyib. O bildirib ki, hasarın uçmasının tikinti fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Miribrahim Məmmədovun sözlərinə görə, həmin hasar şikayətçiyə deyil, İlqar Məmmədov adlı başqa bir şəxsə məxsusdur və hasar söküntü vaxtı deyil, bir müddət əvvəl baş verən güclü yağışlar və təbii fəlakət nəticəsində uçub. O, tikinti işlərinin tamamilə qanuni olduğunu da vurğulayıb.

Yaranmış mübahisəli vəziyyətlə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilib ki, ərazi qeyri-yaşayış sahəsi olduğu üçün məsələ ilə bağlı aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edilməlidir. İcra hakimiyyəti, həmçinin, vətəndaşla MTK arasındakı münaqişənin hüquqi müstəvidə, yəni məhkəmə yolu ilə həll olunmalı olduğunu qeyd edib.

3