Azərbaycanda meyvə şirəsi istehsalı azalıb. Cari ilin yanvar-fevral aylarında ölkədə cəmi 589,1 min dekalitr meyvə şirəsi istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,2% azalma deməkdir.
Bundan əlavə, meyvə-tərəvəz konservləri istehsalında da azalma müşahidə olunub. Hesabat dövründə 23 min 410,8 ton konserv istehsal edilib ki, bu da illik müqayisədə 15,2% aşağıdır.
Martın 1-nə olan məlumata görə, ölkədə 797,9 min dekalitr meyvə şirəsi və 18 min 247,8 ton meyvə-tərəvəz konservi ehtiyatı mövcuddur. Bu göstəricilər də ötən illə müqayisədə müvafiq olaraq 11,6% və 9,3% azdır.
Ümumilikdə, hesabat dövründə Azərbaycanda 937,7 milyon manat dəyərində qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 11,4% çoxdur.