Azərbaycanda duru bitki yağları istehsalı artıb, marqarin istehsalı azalıb.
Cari ilin yanvar-fevral aylarında ölkədə 9 min 391,4 ton duru bitki yağı istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,2% çoxdur.
Hesabat dövründə 5 min 816,4 ton marqarin istehsal edilib ki, bu da illik müqayisədə 42,8% azalma deməkdir.
Martın 1-nə olan məlumata görə, ölkədə 2 min 727,7 ton duru bitki yağı və 1 min 398,3 ton marqarin ehtiyatı mövcuddur. Bu göstəricilər illik müqayisədə müvafiq olaraq 26,5% azalma və 4,1 dəfə azalma deməkdir.
Ümumilikdə, hesabat dövründə Azərbaycanda 933,9 milyon manat dəyərində qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 10,7% çoxdur.