Ronaldo Junior “Real Madrid” akademiyasında
Kriştiano Ronaldonun oğlu Ronaldo Junior, atasının izi ilə gedərək “Real Madrid” akademiyasına qatılıb. O, U16 komandası ilə məşqlərə başlayıb və yaxın zamanlarda İspaniya klubuna rəsmi transferi gözlənilir.
Hazırda “Ən-Nəsr” klubunda çıxış edən Ronaldo Junior, daha əvvəl Portuqaliya U15 milli komandasına dəvət alıb. Xorvatiyada keçirilən beynəlxalq turnirdə finalda dubl edərək komandasının qələbəsində böyük rol oynayıb.
Atasının izi ilə
Kriştiano Ronaldo 2009-2018-ci illərdə “Real Madrid”də çıxış edərək klubun əfsanələrindən birinə çevrilib. O, 438 oyunda 450 qol vurub və 131 məhsuldar ötürmə edib.
Oğlunun da eyni klubda uğur qazanması Ronaldonun ən böyük arzularından biridir.