Barselona “yuventus”un Ulduz Müdafiəçisini Transfer Etmək İstəyir

News Image

İspaniyanın nəhəng klubu “Barselona” İtaliyanın “Yuventus” komandasının müdafiəçisi Andrea Kambiasoya transfer təklifi göndərməyi planlaşdırır.

Kataloniya təmsilçisi hər iki cinahda oynaya bilən universal müdafiəçi axtarışındadır və 26 yaşlı italyan futbolçu bu kriteriyalara cavab verir.

Andrea Kambiaso “Yuventus” ilə 2029-cu ilin iyun ayına qədər olan müqaviləyə əsasən çıxış edir. O, komandanın əsas oyunçularından birinə çevrilib.

“Barselona” futbolçunun son oyunlarını diqqətlə izləyir. “Yuventus” isə öz oyunçusunu 50 milyon avrodan aşağı qiymətə satmaq istəmir.

Qeyd edək ki, Andrea Kambiaso bu mövsüm İtaliya A Seriyasında keçirdiyi 28 oyunda 3 qol və 3 assistlə fərqlənib.

0