Barselona üçün şok: Ulduz Hücumçu Komandanı Tərk Edə Bilər!

News Image

Barselona klubu üçün gözlənilməz xəbər! Komandanın icarəyə götürdüyü hücumçu Markus Reşfordun yayda Mançester Yunaytedə qayıda biləcəyi bildirilir. İngilis klubu futbolçunun qiymətində güzəştə getmək niyyətində deyil.

Klub rəhbərliyi Reşfordun La Liqadakı uğurlu performansının onun dəyərini artırdığını düşünür. Bu səbəbdən, futbolçunun başqa bir top-kluba satılması daha sərfəli ola bilər.

Əgər Mançester Yunayted potensial alıcılarla razılığa gələ bilməsə, Reşford karyerasını Mançesterdə davam etdirəcək. Futbolçunun Premyer Liqaya qayıtmağa qarşı olmadığı, lakin Barselonada qalmağa üstünlük verdiyi qeyd olunur.

2025-ci ilin iyulundan etibarən icarə əsasında Barselonada çıxış edən İngiltərə millisinin üzvü, Kataloniya klubu tərəfindən birdəfəlik transfer edilmək istənilsə də, klubun yayadək tələb olunan 30 milyon avronu toplamaqda çətinlik çəkə biləcəyi bildirilir. Cari mövsümdə 28 yaşlı hücumçu İspaniya çempionatında 24 oyunda iştirak edib, 4 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

0