Sumqayıtda Mebel Sexində Yanğın: Fhn Operativ Tədbirlər Gördü

News Image
thumb
thumb

Sumqayıtda mebel sexində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə daxil olan məlumata əsasən, hadisə Y.Məmmədov küçəsində qeydə alınıb.

Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində yanğın qısa zamanda lokallaşdırılıb və genişlənməsinin qarşısı alınıb.

Yanğın nəticəsində sexin 70 kvadratmetr sahəsi yanıb. Ümumi sahəsi 750 kvadratmetr olan sexin qalan hissəsi, o cümlədən mebel və taxta materialları yanğından mühafizə olunub.

0