şirvanda Dəhşətli Partlayış: Ev Dağıldı, Yaralı Qadın Reanimasiyada

News Image
News Image
News Image
News Image
News Image
News Image
thumb
thumb
thumb
thumb
thumb
thumb
thumb

Şirvan şəhərində gecə saatlarında yaşayış evində güclü partlayış baş verib. Şəhərin Elşad Əzimov küçəsində qeydə alınan hadisə nəticəsində ev tamamilə dağılıb.

Partlayış zamanı 1979-cu il təvəllüdlü Mehrəliyeva Aynurə Zakir qızı ağır xəsarət alıb. Müxtəlif dərəcəli yanıqlarla Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağır olaraq qalır. Həkimlər onun həyatını xilas etmək üçün səylərini davam etdirirlər. Daha sonra paytaxtdakı Yanıq Mərkəzinə təxliyə olunub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, “112” qaynar xəttinə daxil olan məlumat əsasında dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib. Ümumi sahəsi 120 kv.m olan birmərtəbəli dördotaqlı mənzil yararsız vəziyyətə düşüb.

FHN qüvvələri tərəfindən ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb. Hadisə ilə bağlı araşdırma aparılır.

0