İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ABŞ-ı İran universitetlərinə edilən hücumları pisləmədiyi təqdirdə, Yaxın Şərqdəki Amerika universitetlərinə hücum etməklə hədələyib.
İİKK-nın bəyanatına əsasən, ABŞ administrasiyasına İran universitetlərinə edilən hücumları pisləmək üçün müəyyən vaxt verilib. Əks təqdirdə, regiondakı Amerika təhsil müəssisələri hədəfə çevrilə bilər.
Bəyanatda həmçinin qeyd olunur ki, Vaşinqtonun cavabından asılı olmayaraq, “bombalanan İran universitetlərinin qisası olaraq” Yaxın Şərqdəki iki Amerika universiteti məhv ediləcək. Lakin bu müəssisələrin adları açıqlanmayıb.