Əlcəzairin sabiq prezidenti Əl-Yəmin Zərval 84 yaşında dünyasını dəyişib. Mərhum prezident uzun sürən xəstəlikdən əziyyət çəkirdi. O, müalicə aldığı hərbi xəstəxanada vəfat edib.
Üç günlük matəm elan edildi
Ölkədə sabiq prezidentin vəfatı ilə əlaqədar üç günlük matəm elan edilib.
Əl-Yəmin Zərval kimdir?
Əl-Yəmin Zərval 1941-ci il iyulun 3-də Əlcəzairin Batna vilayətində anadan olub. 1993-cü ildə müdafiə naziri təyin edilib. 1994-cü il yanvarın 30-da müvəqqəti prezident, 1995-ci ildə isə rəsmi prezident seçilib. O, Əlcəzairin müstəqillik əldə etdikdən sonra altıncı prezidenti olub. Zərval 1998-ci ilin sentyabrında növbədənkənar prezident seçkilərinin keçiriləcəyini elan edib və 1999-cu ilin aprelində vəzifəsini başa vurub.