Azərbaycan milli komandasının heyətində dəyişikliklər baş verib.
Sonxeber.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçilər Xəyal Əliyev və Şahin Şahniyarov U-21 komandamızın heyətinə qoşulublar.
Onların əvəzinə Rüstəm Əhmədzadə ("Sumqayıt") və Abdulla Xaybulayev ("Sabah") A milliyə cəlb olunublar.
Xatırladaq ki, millinin baş məşqçisi Fernando Santuş bu gün istefaya göndərilib.
Yığmamız sabah DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə, U-21 isə Avropa çempionatının seçmə mərhələsində Bolqarıstan yığması ilə qarşılaşacaq. Bu zaman komandanı Ayxan Abbasov çalışdıracaq.
Mənbə: https://sonxeber.az