Neymarın Türkiyəli Məşqçi Ilə Bağlı VİDEOsu 12 Milyon Izləndi

Braziliyalı dünya ulduzu Neymarın türkiyəli fubol məşqçisi Hikmət Karaman barədə paylaşımı diqqət çəkib. Milli.Az xəbər verir ki, 2015-ci ildə keçirilən "Çaykur Rizespor" - "Gençlerbirliği" oyunu zamanı yaşanmış penalti mübahisəsi illər sonra sosial şəbəkədə yenidən gündəmə gəlib. Bu anlara dair ulduz futbolçu Neymarın paylaşımı isə sosial şəbəkələrdə böyük əks-səda doğurub. Sosial şəbəkələrdə "Türk futboluna damğa vuran an" qeydi ilə paylaşılan görüntülər qısa zamanda viral olub. Video cəmi üç gün ərzində 12,3 milyon baxış və 1 milyon bəyəni toplayıb. Neymarın bu paylaşımı futbol ictimaiyyəti və azarkeşlər arasında geniş müzakirələrə səbəb olub. [/youtube]

Mənbə: https://sonxeber.az