Millimiz Hesabı Bərabərləşdirdi - Yenilənir+Canlı

Bu gün futbol üzrə Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsində ikinci oyununa çıxır. "Qafqazinfo" xəbər verir ki, yığmamız Bakıda Ukrayna millisi ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşmanın start fiti saat 20:00-da səsləndiriləcək. Qeyd edək ki, AFFA İslaniya məğlubiyyətindən (0:5) sonra Fernandu Santuşla yollarını ayırıb. Millimizi bu matça U-21-in çalışdırıcısı Ayxan Abbasov çıxaracaq. DÇ-2026 Seçmə mərhələ, D qrupu 9 sentyabr Azərbaycan - Ukrayna Tofiq Bəhramov adına Respublika Stadionu. Saat 20:00 Baş hakim: Vassilis Fotias Baş hakimin köməkçiləri: Andreas Meintanas, Mixail Papadakis Dördüncü hakim: Anastasios Papapetru VAR hakimləri: Angelos Evangelu, Yoannis Papadopulos(Hakimlər briqadası Yunanıstandandır) * Komandaların start heyətləri açıqlanıb: Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 10. Mahir Emreli, 14. Elvin Bədəlov, 15. Abdulla Xaybulayev, 19. Rüstəm Əhmədzadə, 21. Qismət Alıyev Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Rza Cəfərov, 2. Rəhman Daşdəmirov, 6. Səbuhi Abdullazadə, 7. Anatoli Nuriiev, 11. Ozan Can Kökcü, 13. Abbas Hüseynov, 16. Ceyhun Nuriyev, 17. Toral Bayramov, 18. Cəlal Hüseynov, 20. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı Ukrayna: 12. Trubin, 2. Konoplya, 6. Kalyujnıy, 7. Vanat, 8. Sudakov, 13. Zabarnıy, 14. Oçeretko, 17. Zinçenko, 19. Bondarenko, 20. Zubkov, 22. Matviyenko (k) Ehtiyat oyunçular: 1. Buşan, 23. Riznik, 3. Mixavko, 4. Svatok, 5. Bondar, 10. Şaparenko, 11. Dovbik, 15. Mixayliçenko, 16. Voloşin, 18. Yarmoliuk, 21. Nazarenko * Matç başladı. * İlk hissə qolsuz başa çatdı. * * İlk hissə qolsuz başa çatdı. * İkinci hissə başladı. * 51-ci dəqiqədə Sudakovun vurduğu qolla Ukrayna hesabı açır - 0:1. *** 72-ci dəqiqədə Emin Mahmudov penaltini dəqiq yerinə yetirməklə hesabı bərabərləşdirdi - 1:1.

Mənbə: https://sonxeber.az