"Uzaq Şəhər" serialının sevilən aktyorları Dilin Döğer və Atakan Özkayanın eşq yaşadığı ortaya çıxdı. Aktrisa Dilin Döğer bu xəbəri təsdiqləyib.
Dilin Döğer, Atakan Özkayan ilə olan münasibəti haqqında bunları söyləyib: "Layihənin başlanğıcından bəri çox yaxın dost idik. Zaman keçdikcə, həyat bizi fərqli bir nöqtəyə gətirdi. Bəli, biz sevgiliyik. Ancaq şəxsi həyatımızı özümüz yaşamağa üstünlük veririk. Münasibətimiz hələ çox təzədir."
Qeyd edək ki, cütlük serialda Zərrin və Kaya obrazlarını canlandırır. Onların serialdakı eşq hekayəsi, real həyatda da davam edir.