Türkiyənin məşhur sənətçisi Çelik, Ramazan ayında etdiyi xeyriyyə aksiyası ilə böyük rəğbət qazanıb. Sənətçi, Hatay və İsgəndərun şəhərlərində yaşayan vətəndaşlara dəstək əlini uzadıb.
Məlumata əsasən, Çelik yerli mağazalardakı 'nisyə dəftəri'ndə olan borcları şəxsən ödəyərək, insanların maddi yükünü azaltmağa çalışıb. Bu xeyirxah hərəkət, sosial media platformalarında geniş rezonans doğurub və minlərlə insan tərəfindən təqdir edilib.
Müğənni Çelik, bu barədə açıqlamasında bildirib ki, insanların çətin zamanlarında onlara az da olsa kömək etmək, onun üçün böyük mənəvi əhəmiyyət daşıyır. Onun bu davranışı, sosial mediada nümunəvi addım kimi dəyərləndirilib.