Sərdar Ortaçın Səhhəti Pərəstişkarlarını Narahat Etdi - Vi̇deo

Türkiyənin məşhur müğənnisi Sərdar Ortaç uzun illərdir mübarizə apardığı Multipl Skleroz (MS) xəstəliyi ilə bağlı yenidən gündəmə gəlib. Sənətçinin son görüntüləri pərəstişkarlarını narahat edib.

Bursa şəhərində bir tədbirdə iştirak edən Ortaçın çətinliklə hərəkət etdiyi və danışdığı müşahidə olunub.

Sosial mediada yayılan bu görüntülər minlərlə insanın dəstək mesajları ilə müşayiət olunub. İstifadəçilər sənətçiyə şəfa diləyiblər.

Sərdar Ortaç xəstəliyin həyatına təsir etdiyini, insanlara baxışının dəyişdiyini bildirib. O, anasının 'Allah səni sınağa çəkir' sözlərini xatırlayaraq, həyatın dəyərini daha yaxşı anladığını vurğulayıb.