Nazim Pişiyari: özünə Hörmət Edən Müğənni Efirə çıxmaz!

Müğənni Nazim Pişiyaridən Efirlərə Sərt Tənqid!

Müğənni Nazim Pişiyari son müsahibəsində televiziya verilişlərindəki qonaq seçiminə sərt reaksiya verib. Sənətçi, özünə hörmət edən ifaçıların bu cür proqramlarda iştirak etmədiyini bildirib.

Pişiyari, "İndi efirə çıxanların çoxu oxuya bilmir. Bəzən düşünürəm ki, niyə mən vaxt sərf edib peşəkarların yanına getmişəm?" - deyə qeyd edib. O, bəzi ifaçıların pul verərək efirə çıxdığını və bunun tamaşaçıya hörmətsizlik olduğunu vurğulayıb.

Sənətçi, kanallardakı özbaşınalığa son qoyulmasının vacibliyini deyib. O, efirdə görünməkdənsə, görünməməyin daha hörmətli olduğunu, hər kanalın 5-6 müğənnisi olduğunu və onların daim efirdə göründüyünü bildirib.