Nura Suri Yeni Mahnısı "ürəyimin Adamı" Ilə Səhnəyə Qayıtdı -

Müğənni Nura Suri uzun fasilədən sonra yeni layihəsi ilə pərəstişkarlarını sevindirdi.

Sənətçi "Ürəyimin adamı" adlı yeni mahnısını və klipini təqdim edib. Nura Suri yaxın zamanlarda 5 yeni mahnı təqdim edəcəyini bildirib.

Müğənni layihənin detallarını açıqlayıb: "Uzun müddətdir ki, yeni işlərim üzərində çalışırdım. Bu layihə 5 mahnıdan ibarətdir. Mahnıları tək-tək təqdim etmək qərarına gəldik."

Nura Suri mahnıların

Sənətçi qeyd edib ki, bu layihə böyük zəhmət tələb edir. Nura Suri yalnız yeni işləri olanda efirə çıxmağa üstünlük verdiyini vurğulayıb.

Nura Surinin "Ürəyimin adamı" mahnısı artıq dinləyicilərin ixtiyarına verilib.