"Sıfır Bir" serialının ulduzu, məşhur aktyor Savaş Satış, avtomobildə yüksək səslə musiqi dinləməyə görə tətbiq edilən yeni cərimələrə etiraz olaraq gözlənilməz addım atıb.
Aktyor, bahalı avtomobil səs sistemini sökərək zibil qutusuna atıb. Bu hərəkəti ilə o, yüksək səslə musiqi dinləyənlərə qarşı tətbiq olunan yeni qaydalara diqqət çəkmək istəyib.
Son zamanlar avtomobillərdə yüksək səslə musiqi dinləyənlərə qarşı ciddi tədbirlər görülür. Qaydalara əsasən, ətrafdakıları narahat edən sürücülər 21 min lirəyə qədər cərimələnə bilər.
Savaş Satış sosial media hesabında paylaşdığı
Bu paylaşım sosial şəbəkələrdə böyük marağa səbəb olub. Bəziləri aktyoru dəstəkləsə də, digərləri səs-küyün qarşısını almaq üçün bu cür qaydaların vacibliyini vurğulayıblar.