Emre Altuğdan Sensasiyalı Etiraf: Məşhur Müğənni Sevgili Tapdığını Açıqladı!

Türk pop musiqisinin tanınmış siması Emre Altuğ, yeni albomu ilə yanaşı, şəxsi həyatı ilə də diqqət mərkəzinə düşüb. Uzun müddətdir tənha olan məşhur müğənni, nəhayət, ürəyini yeni birinə açdığını etiraf edib.

Jurnalistlərin suallarını cavablandıran Emre Altuğ, həyatında bir müddətdir sevgi olduğunu gizlətməyib: "Həyatımda uzun zamandır sevgi var. Artıq 1,5 ili keçib, amma istəyirəm ki, bu məsələni öz içimdə yaşayım."

Xatırladaq ki, Emre Altuğ 2008-ci ildə Çağla Şikel ilə ailə həyatı qurmuş, Kuzey və Uzay adlı iki övladı dünyaya gəlmişdir. Cütlük 2015-ci ildə yollarını ayırıb.