Əməkdar artist Elnarə Abdullayeva maraqlı açıqlaması ilə diqqət çəkib. Müğənni bildirib ki, həyatda heç vaxt cavan olmayıb.
Elnarə Abdullayeva MTV-yə verdiyi müsahibədə bu sözləri deyib: "Qoca gəldim, qoca gedirəm. Heç cavan olmadım".
Sənətçi şou-biznesdəki mövqeyindən də danışıb: "Bu şou-biznesdə oyunçu deyiləm, qaydaları dəyişərəm. Sənətə gələndən qarşıma çıxıb nəsə edən olmayıb. Arxamda danışan olub, amma gedib nəsə demərəm. Mənim üçün maraqlı deyil".