Gənc Qız Sevgilisi Tərəfindən Bıçaqlanaraq öldürüldü

Gənc Qız Sevgilisi Tərəfindən Bıçaqlanaraq öldürüldü
Balıkesirin Erdek bölgəsində baş vermiş dəhşətli hadisədə 23 yaşlı Dilruba Elif Çetin, sevgilisi Burak İ. (26) tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə axşam saat 22:00 radələrində Zeytinli məhəlləsinin Kurbağalı ərazisində yerləşən binanın birinci mərtəbəsində baş verib. İddiaya görə, evin eyvanında birgə alkoqol qəbul edən Dilruba Elif Çetin və Burak İ. naməlum səbəbdən mübahisə edib. Qısa müddətdə mübahisə dava halını alıb və Burak İ. əlinə keçirdiyi bıçaqla sevgilisinə hücum edib. Gənc qadın aldığı bıçaq zərbələri ilə yerə yıxılıb, şübhəli isə eyvandan atılaraq hadisə yerindən qaçıb. Qonşuların səsi eşidərək verdiyi məlumat əsasında əraziyə polis və təcili yardım əməkdaşları göndərilib. Sağlamlıq işçiləri Dilruba Elif Çetinin artıq həyatını itirdiyini müəyyənləşdirib. Şübhəli Burak İ. isə qısa müddət sonra hadisə yerinin yaxınlığında avtomobildə saxlanılıb. Gənc qızın meyiti tibbi ekspertiza üçün Bursa Ədliyyə Tibb İnstitutuna göndərilib. Hadisə ilə bağlı istintaq davam edir.

Mənbə: https://sonxeber.az