Bakıda Idman Meydançasında Meyit Tapıldı

Bakıda Idman Meydançasında Meyit Tapıldı
Paytaxtın Sabunçu rayonunda meyit tapılıb. "Qafqazinfo" xəbər verir ki, Bakıxanov qəsəbəsi Sülh küçəsi 12-də yerləşən binanın həyətindəki idman meydançasında kişi meyiti aşkarlanıb. Meydançadakı turnikin yanında tapılan meyitin 1963-cü il təvəllüdlü F.Baxşəliyevə məxsus olması məlum olub. Əvvəllər məhkum olunmuş şəxsin evsiz olduğu və tüfeyli həyat tərzi sürdüyü bildirilib. Faktla bağlı araşdırma aparılır.

Mənbə: https://sonxeber.az