Ailə Mübahisəsi Faciə Ilə Bitdi: Onu Bıçaqlamaq Istəyən Arvadını Tabanca Ilə Vurdu - VİDEO

Ailə Mübahisəsi Faciə Ilə Bitdi: Onu Bıçaqlamaq Istəyən Arvadını Tabanca Ilə Vurdu - VİDEO
Braziliyanın Sao Paulo şəhərində baş vermiş ailə içi münaqişə faciə ilə nəticələndi. Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, mətbəxdə başlayan mübahisə qısa zamanda ölümə səbəb olan bıçaqlı və atışmalı dava ilə davam etdi. Hələlik kimlikləri açıqlanmayan ər-arvad arasında baş verən mübahisə fiziki qarşıdurmaya çevrildi. Məlumata görə, qadın mübahisə zamanı ələ keçirdiyi mətbəx bıçağı ilə əri üzərində hücuma keçdi. Özünü qorumaq üçün atəş açdığını iddia edən kişi, tabanca ilə arvadını vurdu. Hadisə yerində ağır yaralanan qadın, təcili yardım əməkdaşlarının bütün müdaxilələrinə baxmayaraq, həyatını itirdi. Qonşuların bağırış və silah səslərini eşitməsi ilə polis və təcili yardım əməkdaşları hadisə yerinə çağırıldı. Polis geniş təhlükəsizlik tədbirləri görərək hadisəni araşdırdı. Gözaltına alınan kişi ifadəsində, qanuni müdafiə etdiyini və həyat yoldaşının ona bıçaqla hücum etdiyini söylədi. Sao Paulo Polis İdarəsi hadisə ilə bağlı genişmiqyaslı təhqiqat aparır. Təhlükəsizlik kameralarının görüntüləri və sosial mediada yayılan videolar araşdırılır. Hadisə yerində işçilər uzun müddət dəlillərin toplanması üzrə fəaliyyət göstərdi.

Mənbə: https://sonxeber.az