Bolunun Anadolu avtomagistralında şübhəli görülərək saxlanılan xarici nömrə nişanlı avtomobilin yanacaq çənindən şübhəli maddə aşkarlanıb.
Sonxeber.az türk mediasına istinadən xəbər veriri ki, maddəni yoxlamaq istəyən polis əməkdaşlarından 9-u yayılan qazdan zəhərlənərək xəstəxanaya aparılıb. Onlardan 2-si reanimasiya şöbəsinə yerləşdirilib.
Bolu Valiliyindən yayılan açıqlamada deyilir:
"2 sentyabr 2025-ci il tarixində TEM avtomagistralının İstanbul istiqamətində həyata keçirilən tədbir zamanı xarici nömrə nişanlı avtomobil saxlanılmışdır. Avtomobilin yanacaq çənində aşkar edilən şübhəli maddənin yoxlanılması əsnasında polis əməkdaşlarımız ondan yayılan qoxudan təsirlənmişdir.
Hazırda 2 əməkdaşımızın həyati təhlükəsi yoxdur, lakin ehtiyat tədbiri olaraq reanimasiya şöbəsində müşahidə altında saxlanılır. 3 əməkdaşımız palatada, 3 əməkdaşımız isə ambulator şəkildə müalicə olunur, 1 əməkdaşımız isə evə buraxılmışdır. Hadisə ilə bağlı həm hüquqi, həm də inzibati araşdırmalar aparılır. Zərərçəkmiş əməkdaşlarımıza təcili şəfa diləyirik."
Mənbə: https://sonxeber.az