Türkiyənin Kocaeli şəhərinin İzmit rayonunda yerləşən bir gömrük mağazasında oğurluq hadisəsi baş verib və mağazadakı təhlükəsizlik kamerasına saniyə-saniyə qeydə alınıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə zamanı əlində çanta olan şübhəli əvvəl mağazanın içini yoxlayıb.
Daha sonra gözü ilə seçdiyi ayaqqabını rəfdən götürərək çantasına qoyub. Sanki heç bir şey olmamış kimi mağaza işçisindən bir məhsul soruşan şübhəli "yox" cavabını aldıqdan sonra mağazadan çıxıb.
Görüntülərdə şübhəlilərin rahat davranışı təəccüb doğurub.
Mənbə: https://sonxeber.az