İki Kişinin Qadına Hücumu Təhlükəsizlik Kamerasına Belə Düşdü - VİDEO

Türkiyənin Adana şəhərinin Seyhan rayonunda, Çınarlı məhəlləsində Ziyapaşa Bulvarında yerləşən bir ticazrət mərkəzində iki kişi bir qadınla mübahisə edərək ona fiziki təzyiq göstərib. Sonxeber.az türk mediasına sitinadən xəbər verir ki, hadisə saat 07:00 radələrində baş verib. Hələlik şəxsiyyətləri müəyyən edilməyən iki nəfər qadınla dükkanın önündə mübahisəyə başlayıb. Mübahisə böyüdükcə şübhəlilər qadına hücum edərək saçından tutaraq vurublar. Çevrədə olan şəxslər qadına hücum edənləri hadisə yerindən uzaqlaşdırıblar. Hücum anı isə oradakı bir iş yerinin təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Mənbə: https://sonxeber.az