Yanğın Zamanı Nənə Nəvəsini Xilas Etmək üçün Görün Nə Etdi - VİDEO

Bursanın Gürsu rayonunda yerləşən 3 mərtəbəli binanın ən üst mərtəbəsində yanğın baş verib. Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, evdə olan nənə, nəvəsini alovlardan qorumaq üçün pəncərədən çıxararaq əvvəlcə onu, sonra isə özünü aşağı atıb. Hadisə bu gün saat 19:00 radələrində Yenidoğan məhəlləsində qeydə alınıb. Naməlum səbəbdən başlayan yanğın zamanı nəvəsi ilə evdə qalan qadın pəncərəyə çıxaraq uşağı bir müddət qucağında saxlayıb, daha sonra boşluğa atıb. Ardınca isə özü də tullanıb. Həmin anlar ərazidə olan sakinlər tərəfindən mobil telefonla qeydə alınıb. Yanğına dərhal müdaxilə edən yanğınsöndürənlər alovu qısa müddətdə nəzarətə alaraq söndürüb. Yaralanan nənə və nəvəsi təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib. Yanğının çıxma səbəbi araşdırılır.

Mənbə: https://sonxeber.az