İstanbulda təsirli olan güclü fırtına gündəlik həyatı çətinləşdirib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, səhər saatlarından etibarən başlayan və küləyin sürətinin saatda 90 kilometrə çatdığı fırtına zamanı küçələrdə hərəkət etmək xeyli çətinləşib.
Fırtına zamanı körpəsi ilə birlikdə yoluna davam etməkdə çətinlik çəkən bir ananın köməyinə polis əməkdaşları gəlib. Çevik Qüvvə polisləri xüsusi qoruyucu qalxanlarından istifadə edərək küləyə qarşı sipər yaradıb və ana ilə körpəni təhlükəsiz şəkildə qoruyublar.
Hadisə anlarına dair görüntülər Türkiyə Daxili İşlər Nazirliyinə bağlı Emniyyət Baş İdarəsinin sosial media hesabında paylaşılıb. Paylaşımda, "İstanbulda güclənən külək zamanı körpəsi ilə yoluna davam etməyə çalışan bir anamıza polis əməkdaşlarımız qalxanları ilə dəstək oldu. Qəhrəman həmkarlarımızı ürəkdən təbrik edirik" ifadələri yer alıb.
Qeyd edək ki, güclü külək səbəbindən şəhərin bir çox bölgəsində nəqliyyat və piyadaların hərəkətində müvəqqəti çətinliklər yaranıb.
2026-01-09
14:21:09
Polis Fırtına Zamanı Ana Və Körpəsini Qalxanla Qorudu - VİDEO
Digər Xəbərlər
-
35 Yaşlı Qadın Evində ölü TAPILDI
2026-01-10 22:31:05 -
Qobustanda 13 Yaşlı Qız Dəm Qazından Zəhərlənib
2026-01-10 21:41:06 -
47 Yaşlı Kişi Saç əkimi Zamanı öldü
2026-01-10 21:11:06 -
Azərbaycanda Bu ərazilərə QAR YAĞIR - FAKTİKİ HAVA
2026-01-10 20:16:09 -
SON DƏQİQƏ! Azərbaycanda ZƏLZƏLƏ OLDU
2026-01-10 19:17:11