Türkiyənin Çankırı şəhərində qumar borcları səbəbilə çıxılmaz vəziyyətə düşərək həyatına son qoyan 37 yaşlı bədən tərbiyəsi müəllimi Şafak Çelikin ailəsinə Sedat Peker tərəfindən yardım göstərildiyi bildirilib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, mərhum Şafak Çelik sosial media hesabında paylaşdığı vida videosunda ailəsinə məxsus bir neçə evi və böyük məbləğdə pulu qumarda itirdiyini, bu səbəbdən ağır psixoloji böhran yaşadığını açıqlamışdı. O, videoda həmçinin xərçəng xəstəsi olan anası və qazi atasının çətin vəziyyətdə qaldığını deyərək Sedat Pekerə kömək çağırışı etmişdi.
Bu çağırış cavabsız qalmayıb. Məlumata görə, Sedat Peker ailənin banklara olan borclarını ödəyib, pensiya maaşlarına tətbiq olunan həbs-qadağalarının ləğv edilməsinə kömək edib və ailə üçün yeni mənzil də alıb.
Şafak Çelikin valideynləri çəkdikləri video ilə Sedat Pekerə göstərilən dəstəyə görə təşəkkürlərini bildiriblər.
2026-01-09
16:27:09
Sedat Peker Intihar Edən Müəllimin Son Arzusunu Yerinə Yetirdi - VIDEO
Digər Xəbərlər
-
35 Yaşlı Qadın Evində ölü TAPILDI
2026-01-10 22:31:05 -
Qobustanda 13 Yaşlı Qız Dəm Qazından Zəhərlənib
2026-01-10 21:41:06 -
47 Yaşlı Kişi Saç əkimi Zamanı öldü
2026-01-10 21:11:06 -
Azərbaycanda Bu ərazilərə QAR YAĞIR - FAKTİKİ HAVA
2026-01-10 20:16:09 -
SON DƏQİQƏ! Azərbaycanda ZƏLZƏLƏ OLDU
2026-01-10 19:17:11