Türkiyənin şəhərlərindən biri olan Zonguldakda inşası tamamlanan və sahibinə təhvil verilən dəbdəbəli yaxta, dənizə endirildikdən cəmi 15 dəqiqə sonra batıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, təxminən 5 aya inşası başa çatan və İstanbuldakı sahibinə təhvil verilən D.T. adlı lüks yaxta, Ereğli sahillərində suya buraxıldıqdan qısa müddət sonra, sahildən təqribən 200 metr aralıda batıb.
Yaxtada olan sahibi, kapitan və 2 heyət üzvü üzərək sahilə çıxıb. İlkin məlumata görə, yaxtın mühəndislik qüsuru səbəbindən batdığı ehtimal olunur.
Hadisə anı mobil telefon kamerası ilə qeydə alınıb. Faktla bağlı araşdırma aparılır.
Mənbə: https://sonxeber.az