ABŞ-ın İllinoys ştatına bağlı Çikaqo şəhərində həftə sonu baş verən silahlı insidentlərdə 8 nəfər həyatını itirib, 50 nəfər yaralanıb.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, 29 avqust cümə gecəsindən 1 sentyabr bazar ertəsi gecəsinədək şəhər üzrə 37 ayrı hadisədə ümumilikdə 58 nəfər güllələnib. Onlardan 8-i ölüb, 50 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdirilib. Yaralıların çoxunun vəziyyətinin yaxşı və ya stabil olduğu, bəzilərinin isə kritik durumda olduğu bildirilib.
Polis bəzi hadisələrlə bağlı şübhəli şəxslərin saxlanılaraq dindirildiyini açıqlasa da, şübhəlilərin böyük hissəsi üzrə hələlik heç kimin nəzarətə götürülmədiyi qeyd olunub.
Mənbə: https://sonxeber.az